Bank Of Baku

Azərbaycan birja valyuta bazarının dövriyyəsi kəskin artıb

Azərbaycan birja valyuta bazarının dövriyyəsi kəskin artıb
# 07 iyun 2010 09:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (mayın 31-dən iyunun 4-dək) 19,229 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 3,6 dəfə çoxdur. Bu müddət üzrə dolların orta birja məzənnəsi isə 0,8037 manata bərabər olub.

«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) dəyişməz qalaraq 0,8037 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,01% artıb və 0,8037 manata bərabər olub:




Ötən həftə ərzində avronun məzənnəsinin manatla bərabərlikdən aşağı səviyyədə qalması davam edib. Ümumilikdə, avronun rəsmi məzənnəsi 1,1% azalaraq həftənin son gününə 0,9790 manat təşkil edib:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR