Bank Of Baku

Azərbaycandakı banklar sənədli əməliyyatları artırıb

Azərbaycandakı banklar sənədli əməliyyatları artırıb
# 08 iyun 2010 08:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən akkreditivlərin verilməsi üzrə əməliyyatların məcmu həcmi 2010-cu ilin may ayının 1-nə 332,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,7%, cari ilin əvvəlindən isə 16,9% çoxdur. Akkreditiv əməliyyatları çərçivəsində bank mal alıcısının əvəzinə mal satıcısına pul ödəyir, ödənilən məbləğ isə bank tərəfindən alıcıya verilmiş kredit kimi hesablanır.

Bundan başqa, banklar tərəfindən verilən zəmanətlər üzrə əməliyyatların həcmi mayın 1-nə 18,5 mln. manat təşkil edib. Qeyd edək ki, bankların zəmanət portfeli ötən ilin mayın 1-nə sıfıra bərabər olub, ötən ilin dekabrın 1-dən başlayaraq isə 5 ay ərzində dəyişməz qalaraq 18,5 mln. manatdır. Zəmanət əməliyyatları çərçivəsində bank tələb olunan məbləğin ödənilməsi barədə zəmanət verir, bu da sənədləşmiş bank öhdəliyi şəklində rəsmiləşdirilir.

Banklar tərəfindən aparılan faktorinq əməliyyatlarının həcmi 2010-cu ilin mayın 1-nə 6,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 dəfə çoxdur, cari ilin əvvəlindən isə 3 dəfə azdır. Qeyd edək ki, faktorinq əməliyyatları müştəri tərəfindən onun debitor borcunun banka diskontla satılmasını nəzərdə tutur.

Yuxarıda sadalan kredit növləri bankların sənədli kreditləşmə əməliyyatlarına aiddir. Bu əməliyyatlar ticarət, o cümlədən xarici ticarət və istehsal sahələrində nağdsız hesablaşmaları təmin edən. Bu, çox rahat və səmərəli maliyyə alətləri olduğuna görə dünya praktikasında geniş istifadə olunsa da, Azərbaycanda banklar arasında həmin əməliyyatlar populyar deyil. Belə ki, akkreditiv, zəmanətlər və faktorinq əməliyyatlarının bankların ümumi kredit portfelində xüsusi çəkisi cəmi 4,2% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR