Bank Of Baku

Estoniya yeni ildən Avrozonaya qoşulacaq

Estoniya yeni ildən Avrozonaya qoşulacaq
# 08 iyun 2010 08:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avrozona ölkələrinin maliyyə nazirləri (Avroqrup) Estoniyanın 2011-ci ildən Avrozonaya qəbul edilməsi barədə rəsmi qərar qəbul edib. «APA-Economics»in məlumatına görə, bunu Avroqrupun sədri Jan-Klod Yunker bəyan edib. Beləliklə, 2011-ci il yanvar ayının 1-dən Estoniya Avrozonanın 17-ci üzvü olacaq.

Qeyd edək ki, Estoniyanın Avrozonaya daxil olması üçün bütün tələblərə cavab verdiyinə görə, cari ilin mayın 12-də Avropa Komissiyası bu prosesə yekun dəstəyini bəyan edib. «Avropa Komissiyası hesab edir ki, Estoniya Avrozonanın bütün kriteriyalarına cavab verir», - deyə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR