Bank Of Baku

Rusiya Maliyyə Nazirliyi məmurların 20%-ni ixtisar etməyi təklif edir

Rusiya Maliyyə Nazirliyi məmurların 20%-ni ixtisar etməyi təklif edir
# 08 iyun 2010 08:59 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Maliyyə Nazirliyi büdcə vəsaitlərinə qənaət etmək üçün yaxın üç il ərzində federal məmurların 20%-ni və ya 120 min nəfəri ixtisar etməyi təklif edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən məlumatına görə, bunun nəticəsində il ərzində 43,4 mlrd. rubla (1,36 mlrd. dollara) qənaət etmək mümkün olacaq.

Maliyyə Nazirliyi nazirlik və qurumları ştatların sayını azaltmağa məcbur etmək üçün qənaət olunmuş vəsaitin yarısını - 22 mlrd. rubl (690 mln. dollar) vəsaiti məmurların sərəncamına verəcək. Bu pulu məmurların maaşlarının artırılmasına yönəltmək planlaşdırılır.

Maliyyə Nazirliyinin təklifi ilə bağlı son sözü Rusiyanın baş naziri Vladimir Putin deyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR