Bank Of Baku

Avro zonasının anti-böhran fondu yaxın günlərdə elan olunacaq

Avro zonasının anti-böhran fondu yaxın günlərdə elan olunacaq
# 08 iyun 2010 09:36 (UTC +04:00)
Bakı - APA-Economics. Avro zonasının maliyyə nazirləri Avropa Birliyi ölkələrinin anti-böhran fondunun yaradılması üçün zəruri olan sənədləri imzalayıblar.

APA-Economics”in AFP-yə istinadən məlumatına görə, bu barədə Avropa Qrupunun rəhbəri Jan Klod Yunker açıqlama verib.

Onun sözlərinə görə, 525 mlrd. dollar həcmi olan fondun yaradılması haqda sənədi Avropa Qrupunun bütün üzvləri imzalayıblar. Avropa Birliyi ölkələrinin bir neçə nümayəndəsi də sənədi imzaladıqdan sonra fondun sədri təyin olunacaq. Anti-böhran fondunun təsis olunması yaxın günlərdə yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR