Bank Of Baku

İnkişafda olan ölkələr 48 mlrd. dollarlıq istiqraz emissiyası planlaşdırır

İnkişafda olan ölkələr 48 mlrd. dollarlıq istiqraz emissiyası planlaşdırır
# 08 iyun 2010 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Şərqi Avropa və Cənubi Amerikanın inkişafda olan ölkələri 2010-cu ildə investorlara 48 mlrd. dollar həcmində istiqrazlar təklif edəcək. «APA-Economics»in məlumatına görə, qiymətli kağızların əsas hissəsi Cənubi Amerika ölkələrinin payına düşür. Belə ki, Braziliya, Peru və Argentina daxil olmaqla bu gitənin ölkələri 24,3 mlrd. dollar həcmində dövlət istiqrazları buraxmaq niyyətindədir.

Şərqi Avropanın inkişafda olan ölkələri isə 12,6 mlrd. dollarlıq dövlət istiqrazları buraxacaq. Bu regionda ən yüksək fəallığı Rusiya, Slovakiya və Macarıstan nümayiş edir.

Qeyd edək ki, Azərbaycan öz xarici dövlət istiqrazlarının buraxılması məsələsini gündəmdə saxlasa da, hələlik avrobodnların emissiyasına ehtiyatla yanaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR