Bank Of Baku

Azərbaycan İsveçrədə mikromaliyyə üzrə keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan İsveçrədə mikromaliyyə üzrə keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək
# 08 iyun 2010 10:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 29-dan iyul ayının 4-dək Berndə (İsveçrə) Beynəlxalq Sosial Fəaliyyət üzrə İşçi Qrupunun V illik toplantısı keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (ASA) icraçı direktoru Jalə Hacıyeva məlumat verib.

J.Hacıyevanın sözlərinə görə, bu toplantıda Azərbaycanı ASA-nın layihələr üzrə baş köməkçisi Sevda Hüseynova təmsil edəcək. Toplantıda S.Hüseynova ASA-nın fəaliyyəti, indiyək gördüyü işlər və mikromaliyyə sahəsində əldə olunan nailiyyətlərdən danışacaq.

Qeyd edək ki, tədbirdə Mərkəzi və Cənubi Asiya, ABŞ, Meksika və digər dövlətlər daxil olmaqla, 30-dan çox ölkənin nümayəndələri iştirak edəcəklər. İclasda həmçinin tanınmış reytinq agentlikləri, sosial investorların da iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR