Bank Of Baku

«Kaptial Bank» və «Visa» plastik kartlarla bağlı birgə layihənin icrasını başa çatdırıb

«Kaptial Bank» və «Visa» plastik kartlarla bağlı birgə layihənin icrasını başa çatdırıb
# 08 iyun 2010 11:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kaptial Bank» ASC «Visa» beynəlxalq ödəniş sistemi ilə birlikdə həyata keçirdiyi «Multi Currency» adlı layihənin icrasını başa çatdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu layihə avro ilə valyuta əməliyyatları aparılan zaman itkilərin qarşısının alınması və bununla da müştərilərin konvertasiya xərclərinin aradan qaldırılması məqsədi daşıyıb. Hazırda bankda avro ilə hesab açmış «Visa» kart sahibləri Avrozonada hesablaşmaları konvertasiyaya xərc çəkmədən ödəmə kartları ilə apara bilərlər.

Qeyd edək ki, «Kapital Bank» 2003-sü ildən «Visa» beynəlxalq ödəniş sisteminin, 2001-ci ildən isə «MasterCard» ödəniş sisteminin prinsipal üzvüdür. Bankın aktiv plastik kartlarının sayı 2 milyondan çoxdur.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 492,318 mln. manat, depozit portfeli 325,897 mln. manat, kredit portfeli 268,274 mln. manat, məcmu kapitalı 67,192 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Bankın ölkə üzrə 89 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR