Bank Of Baku

«Azərbaycan Beynəlxalq Bankı-Moskva» Rusiyanın aparıcı 300 bankın siyahısına daxil edilib

«Azərbaycan Beynəlxalq Bankı-Moskva» Rusiyanın aparıcı 300 bankın siyahısına daxil edilib
# 08 iyun 2010 12:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə qurumu olan «ABB-Moskva» bankı «RosBiznesKonsaltinq» (RBC) analitik agentliyinin «2010-cu ilin I rübü üzrə ən mənfəətli və səmərəli banklar» reytinqində yüksək yerlərə sahib olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, belə ki, Rusiyanın 500 ən mənfəətli bankı arasında «ABB-Moskva» 193-cü yeri tutub.

Bundan başqa, agentlik tərəfindən hazırlanan və 300 bankı əhatə edən ən universal bankların reytinqində «ABB-Moskva» 162-ci yerə, aktivlərin istifadəsinin səmərəliyi üzrə isə 120-ci yerə layiq görülüb.

Qeyd edək ki, 2010-cu ilin aprelin 1-nə «ABB-Moskva»nın aktivləri 15,446 mlrd. rubl (təxminən 500 mln. dollar) təşkil edib, yanvar-mart üzrə vergi ödənilənədək mənfəəti 44 mln. rubla (1,4 mln. dollar) bərabər olub.

«ABB-Moskva»nın təsisçisi olan Azərbaycan Beynəlxalq Bankının aktivləri 2010-cu ilin aprel ayının 1-nə 5,257 mlrd. manat, depozit portfeli 1,985 mlrd. manat, kredit portfeli 3,941 mlrd. manat olub. Yanvar-mart ayları üzrə bankın mənfəəti 19,341 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR