Bank Of Baku

Elçin Bağırov daha 5 il ərzində Azərbaycan Kredit İttifaqları Assosiasiyasına başçılıq edəcək

Elçin Bağırov daha 5 il ərzində Azərbaycan Kredit İttifaqları Assosiasiyasına başçılıq edəcək
# 08 iyun 2010 14:01 (UTC +04:00)
O, daha 5 il ərzində AKİA-nın sədri vəzifəsini icra edəcək.

AKİA-nın İdarə Heyətinin sədri E.Bağırovun «APA-Economics»ə veridiyi məlumata görə, bununla bağlı qərar qurumun dünən keçirilən iclasında qəbul olunub. İclasda həmçinin AKİA-nın İdarə Heyətinə yeni üzv də qəbul olunub. Belə ki, «Araz» Kredit İttifaqı üzvlükdən kənarlaşdırıldığı üçün onun yerinə «Aşıxlı» Kredit İttifaqının başçısı seçilib. Bununla da AKİA-nın İdarə Heyətinin üzvlərinin sayı 7-yə çatıb.

E.Bağırovun sözlərinə görə, AKİA-ya daha 3 kredit ittifaqının üzvlüyü təsdiq edilib ki, bunlar «Optimal» (Beyləqan), «Girdiman» (Ağsu) və «FAS» (Masallı) kredit ittifaqlarıdır.

Qeyd edəl ki, İdarə Heyətinin iclasında AKİA-nın 2009-cu ildəki fəaliyyətinin yekunları, həmçinin «Kredit İttifaqları haqqında» qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 57-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR