Bank Of Baku

Azərbaycan «Migom» pulköçürmə sistemi ilə əlaqələri kəsib

Azərbaycan «Migom» pulköçürmə sistemi ilə əlaqələri kəsib
# 08 iyun 2010 14:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pulköçürmə sistemlərinin monitorinqi zamanı işğal altında olan ərazilərdə «Migom» sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyənləşib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, Mərkəzi Bank tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pulköçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilib, əks təqdirdə Azərbaycanda fəaliyyət göstərən bütün banklara həmin pulköçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib.

«Migom» pulköçürmə sistemi tərəfindən qeyd olunan halların təkrarlanmasını və edilən xəbərdarlıqlara baxmayaraq, Azərbaycanın işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətin davam etdirilməsini nəzərə alaraq, AMB bu gündən etibarən Azərbaycandakı bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR