Bank Of Baku

ABŞ-ın dövlət borcu 2015-ci ildə 19,6 trln. dollara çatacaq

ABŞ-ın dövlət borcu 2015-ci ildə 19,6 trln. dollara çatacaq
# 09 iyun 2010 07:57 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın dövlət borcu bu ilin sonuna 13,6 trln. dollar, 2015-ci ilə isə 19,6 trln. dollar olacaq.

APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Qeyd edək ki, bu ilin fevralında ABŞ prezidenti Barak Obama dövlət borcunun limitinin 12,4 trln. dollardan 14,3 trln. dollara yüksəldilməsini nəzərdə tutan sənədi imzalayıb. ABŞ-ın dövlət borcunun artmasına qlobal iqtisadi böhran, Uoll-stritin iflasının qarşısının alınmasına külli miqdarda vəsait sərf olunması, Əfqanıstan və İraqdakı müharibələr, iqtisadi stimullaşdırma tədbirləri səbəb olub.

“The Washington Times”in yazdığına görə, indi hər bir ABŞ vətəndaşının borcu 42 min dollar təşkil edir. İyunun 2-də Pittsburqda çıxış edən Barak Obama bildirib ki, bu qədər milli borcun yaranmasında onun administrasiyası günahkar deyil. Çünki o, böhranın ən kəskin dövründə səlahiyyətlərinin icrasına başlayıb. Həmin vaxt büdcə kəsiri 3 trln. dollar olub.

Obama Corc Buşun adını çəkməsə də, dövlət borcunun artmasına özündən əvvəlki administrasiyanın yürütdüyü siyasətin səbəb olduğuna işarə vurub. “CBS News” kiçik Buşun 8 illik prezidentliyi dövründə dövlət borcunun 4,9 trln. dollar artdığını qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR