Bank Of Baku

Macarıstanda məmurların xidməti avtomobilləri və mobil telefonları əllərindən alınır

Macarıstanda məmurların xidməti avtomobilləri və mobil telefonları əllərindən alınır
# 09 iyun 2010 09:25 (UTC +04:00)
APA-Economics”in “Associated Press” məlumatına görə, Macarıstanın baş naziri Viktor Orban 29 maddədən ibarət plan dövlət xərclərinin ixtisarını və vergi sistemində islahatlar aparılmasını nəzərdə tutur.

Bu plandan ən çox əziyyət çəkən isə məmurlar olacaq - onların pulsuz mobil rabitə imkanları və xidməti avtomobilləri əllərindən alınacaq. Bununla belə, yeni proqram sadə vətəndaşlara da toxunacaq - onlara xarici valyuta ilə ipoteka krediti götürmək qadağan olunacaq.

Viktor Orban parlamentdəki çıxışında bildirib ki, vergi sisteminin islahatı maliyyə müəssisələri üçün 6 il müddətinə verginin tətbiq olunmasını nəzərdə tutur. Yeni bank vergisinin tətbiqi nəticəsində isə maliyyə sektorunun büdcəyə ödəmələri təkcə bu il 93,5% artaraq 1 mlrd. dollar təşkil edəcək.

Qeyd edək ki, hazırda Avropa Birliyinin bir sıra ölkələri ciddi borc böhranı yaşayır. İndiyədək Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya və Almaniya büdcə xərclərinin azaldılması üzrə öz planlarını təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR