Bank Of Baku

«Nikoil Leasing» şirkətinin lizinq portfeli 8% azalıb

«Nikoil Leasing» şirkətinin lizinq portfeli 8% azalıb
# 09 iyun 2010 10:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2010-cu il iyun ayının 1-nə 5,074 mln. manat olub ki, bu da cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 8,3% azdır.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, cari ilin əvvəli müqayisədə şirkətin lizinq müqavilərinin sayı 9,1% artaraq 12-yə çatıb. Bu müddət ərzində nizamnamə kapitalının həcmi isə sabit qalaraq 100 min manat təşki edib.

Həmçinin, lizinqə verilən avadanlıqların dəyərində (7,996 mln. manat) və iqtisadiyyata yatırılan investisiyaların həcmində (5,884 mln. manat) dəyişiklik baş verməyib.

M.Turabovun sözlərinə görə, lizinq portfelinin strukturunda 82,6% istehsalat avadanlıqları, 13,8% tikinti texnikası, 2,3% nəqliyyat sektoru, 1,2% isə digər sektorların payına düşür.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirilməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR