Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti may ayında büdcə ödənişlərini artırıb

Azərbaycan Dövlət Neft Şirkəti may ayında büdcə ödənişlərini artırıb
# 09 iyun 2010 10:47 (UTC +04:00)
Bsakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin may ayında dövlət büdcəsinə 87 932 min manat vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Cari ilin yanvar-may aylarında isə büdcəyə 425 282 min manat ödənilib ki, öz növbəsində bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 116 311 min manat və ya 37,6% çox olub.

Bundan başqa, cari ilin may ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 10 182 min manat (ötən ilin may ayı ilə müqayisədə 12,7%), yanvar-may aylarında isə 49 623 min manat (118% çox) vəsait ödəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR