Bank Of Baku

Gələn həftə «Muğanbank»ın uduşlu istiqrazları üzrə yubiley tirajı keçiriləcək

Gələn həftə «Muğanbank»ın uduşlu istiqrazları üzrə yubiley tirajı keçiriləcək
# 09 iyun 2010 10:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 15-də Azərbaycanın «Muğanbank» ASC-nin baş ofisində adsız uduşlu istiqrazların beşinci yubiley tirajı keçiriləcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu tirajda oyunun aparılması şərtlərinə, o cümlədən uduşların sayına bir neçə dəyişiklik edilib. Belə ki, uduşların sayı keçən tirajlardan fərqli olaraq iki dəfə artırılaraq 400 ədədə çatdırılıb. Onlardan 195-i 100 manatlıq, 98-i 250 manatlıq, 56-sı 500 manatlıq, 33-ü 1000 manatlıq, 10-u 2500 manatlıq, 5-i 5000 manatlıq, 2-si isə 10 000 manatlıq uduşlardır. İlk dəfə olaraq ən yüksək uduş məbləği 25 000 min manat təşkil edir.
Əhalinin bu məhsula böyük tələbatını nəzərə alaraq, «Muğanbank» ASC nominalı 50 manat olan daha 200 000 istiqraz buraxıb və beləliklə istiqrazların ümumi emissiyası 20 mln. manat məbləğində 400 000 ədəd təşkil edir.
Qeyd edək ki, bankın öhdəliklərinə əsasən, 10 il müddətində 80 tiraj keçiriləcək. İstiqrazlar sahibləri hər bir tiraj barədə məlumatlandırılacaq və onların hər bir oyunda iştirak etmək hüququ var. Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, bundan əlavə illik 2% gəlirlilik müəyyən edilib. İstiqrazların udmadığı təqdirdə, sahibləri onları qaytararaq nominalı üzrə bütün məbləği və göstərilən illik faizi ala bilər.
Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ili aprel ayının 1-nə bankın aktivlərinin həcmi 154,606 mln. manat, depozit portfeli 55,608 mln. manat, kredit portfeli 108,060 mln. manat, məcmu kapitalı 22,203 mln. manat, o cümlədən nizamnamə kapitalı 19 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR