Bank Of Baku

«Atrabank»ın paytaxtda daha bir filialı açılıb

«Atrabank»ın paytaxtda daha bir filialı açılıb
# 09 iyun 2010 13:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» ASC-nin Bakı şəhərində daha bir filialı istifadəyə verilib. Bunu «APA-Economics»ə açıqlamasında bankın Risklərin idarə edilməsi Departamentinin direktoru Pərvin Nəbiyev bildirib.

P.Nəbiyevin sözlərinə görə, bankın sayca 13-cü olan «Riyad» filialı Yasamal rayonu, A.Abbasov küçəsi,16 ünvanında yerləşir. Filialda müştərilərə bütün bank xidmətləri, o cümlədən kredit-depozit əməliyyatları, cari hesabların açılması, hesablaşma kass-hesabı, plastik kartlarla iş və valyuta mübadiləsi xidmətləri göstərilir.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 35,392 mln. manat, depozit portfeli 6,466 mln. manat, kredit portfeli 23,401 mln. manat, məcmu kapitalı 10,903 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 24 mübadilə məntəqəsi, 13 bankomatı və 39 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR