Bank Of Baku

«Expressbank» 22 222-ci plastik kartının sahibini mükafatlandırıb

«Expressbank» 22 222-ci plastik kartının sahibini mükafatlandırıb
# 10 iyun 2010 06:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC özünün 22 222-ci plastik kartının sahibini qiymətli hədiyyə ilə mükafatlandırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kart «Azenko» şirkətinin işçisi İmanov Şamxal Etribar oğluna təqdim edilib.

Qeyd edək ki, «Expressbank» ASC 2009-cu ilin avqust ayında «Visa International» beynəlxalq ödəniş sisteminə üzv olub. Bu ilin may ayında isə bank «MasterCard» ödəniş sisteminə üzvlüklə bağlı müvafiq sertifikasiya prosesinə başlayıb. Artıq 2011-ci ildə bank «MasterCard» kartlarının emissiyasına başlamaq niyyətindədir.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə faliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 139,951 mln. manat, depozit portfeli 11,156 mln. manat, kredit portfeli 28,330 mln. manat, məcmu kapitalı 27,205 mln. manat, o cümlədən nizamnamə kapitalı 25 mln. manata çatıb. Hazırda bankın respublika üzrə 10 filialı, 25 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR