Bank Of Baku

«Deutsche Bank»: Avronun məzənnəsi ədalətlidir

«Deutsche Bank»: Avronun məzənnəsi ədalətlidir
# 10 iyun 2010 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avronun dollara qarşı məzənnəsi 2010-cu ilin əvvəlindən 16% ucuzlaşsa da, avronu mütləq rəqəmlərdə ucuz valyuta kimi qiymətləndirmək olmaz. «APA-Economics»in məlumatına görə, bu fikri «Deutsche Bank»ın mütəxəssisləri söyləyiblər.

Bankın ekspertlərinin hesablamalarına görə, avronun alıcılıq qabiliyyətinin dollara qarşı olan pariteti 1,15-1,2 dollar diapazonundadır. Xatırladaq ki, hazırda avronun məzənnəsi 1,204 dollar təşkil edir.

«Bundan başqa, unutmaq olmaz ki, avro yarananda onun məzənnəsi 1,18 dollara bərabər olub. Bu səbəbdən də, bizim fikrimizcə, avronun indiki məzənnəsi ədalətlidir», - deyə «Deutsche Bank»ın analitikləri vurğulayırlar.

Avronun dollara qarşı ucuzlaşması Azərbaycanda avronun manata qarşı ucuzlaşmasında öz əksini tapıb. Belə ki, cari ilin əvvəlindən bu günə kimi avronun manata qarşı məzənnəsi 16,4% enib. Dollar isə manata qarşı 0,1 möhkəmlənib. Aydındır ki, dollar Azərbaycan iqtisadiyyatında və pərakəndə hesablaşmalarında avroya nisbətən daha mühüm rol oynadığından, dolların sabit saxlanılması daha vacibdir və bu səbəbdən Azərbaycan Mərkəzi Bankı tərəfindən avronun ucuzlaşmasına yol verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR