Bank Of Baku

Ben Bernanke: “Büdcə kəsirinin azaldılması üzrə konkret planın olmaması ABŞ iqtisadiyyatına ciddi zərər vuracaq”

Ben Bernanke: “Büdcə kəsirinin azaldılması üzrə konkret planın olmaması ABŞ iqtisadiyyatına ciddi zərər vuracaq”
# 10 iyun 2010 09:08 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozona ölkələrinin borc problemlərinə baxmayaraq, dünya iqtisadiyyatının bərpa prosesi davam edir.

APA-Economics”in “Associated Press” agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Ben Bernanke konqresmenlər qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Avropanın borc böhranı ABŞ iqtisadiyyatına fond bazarının stabilləşməsi şərti ilə mülayim təsir edir. Ölkənin əmək bazarındakı tendensiyaları pozitiv qiymətləndirən B.Bernanke hazırda işsizliyin 9,7% civarında olduğunu və çox zəif templərlə aşağı düşəcəyini söyləyib.

FES rəhbəri Ağ Evi və ABŞ Konqresini ölkənin ötən il 1,4 trln. dollara çatan büdcə kəsiri problemini həll etməyə çağırıb: “Büdcə kəsirinin azaldılması üzrə konkret planın olmaması uzaq perspektivdə ABŞ iqtisadiyyatına ciddi zərər vuracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR