Bank Of Baku

«United Credit Bank»ın «Əhmədli» filialı yeni ofisə köçür

«United Credit Bank»ın «Əhmədli» filialı yeni ofisə köçür
# 10 iyun 2010 09:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın günlərdə Azərbaycanın «United Credit Bank» ASC-nin Əhmədli filialı yeni ofisə köçəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, bankın öz vəsaiti hesabına alınmış ofis paytaxtın Şərifzadə küçəsi,7 ünvanında yerləşir: «Hazırda bankın «Əhmədli» filialı Bakının Şirvani küçəsi,5 ünvanında fəaliyyət göstərir. On gün müddətində filial yeni ofisə köçəcək».

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 42,080 mln. manat, kredit portfeli 29,235 mln. manat, depozit portfeli 14,366 mln. manat, məcmu kapitalı 13,538 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 5 filialı, 5 bankomatı, 17 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR