Bank Of Baku

Fransa dövlətə məxsus tarixi abidələri satışa çıxarır

Fransa dövlətə məxsus tarixi abidələri satışa çıxarır
# 10 iyun 2010 09:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Fransa ərazisində yerləşən və dövlətə məxsus qədim qəsrlər satılacaq.

«APA-Economics»in məlumatına görə, dövlət borcunun həcmini azaltmaq üçün Fransa hökuməti Parisdə yerləşən və dövlətə məxsus olan tarixi binaları, ölkə ərazisindəki bütün qədim qəsrləri və digər tarixi tikililəri satışa çıxarır. Satışa cəmi 1 700 tarixi obyekt çıxarılacaq.

Özəlləşdiriləcək tarixi bina və qəsrlərə giriş turistlər üçün çox güman ki, qadağan olunacaq. Lakin buna baxmayaraq, bir sıra özəlləşdirilmiş tarixi obyektlərin sonradan mehmanxana və ya muzey kimi istifadəyə verilə biləcəyi də istisna deyil.

Qeyd edək ki, dövlətə məxsus tarixi qəsr və binaları təkcə Fransa satmır. Belə ki, Venesiya (İtaliya) şəhərinin rəhbərliyi də büdcənin artırılması üçün şəhərdəki tarixi saray və binaları satışa çıxarıb. Venesiyada satışa çıxarılan tarixi obyektlər 82 mln. avro dəyərində qiymətləndirilir ki, bura Dyedo, Qradeniqo və San-Kaşano kimi tanınmış saraylar da daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR