Bank Of Baku

Sabah «Azər Asiya» sığorta şirkətinin səhmdarlarının toplantısı keçiriləcək

Sabah «Azər Asiya» sığorta şirkətinin səhmdarlarının toplantısı keçiriləcək
# 10 iyun 2010 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 11-də Bakıda «Azər Asiya» Azərbaycan-İran sığorta şirkətinin səhmdarlarının növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti Hüquq Departamentinin direktoru Əfqan Mirzəyev bildirib.

Ə.Mirzəyevin sözlərinə görə, artıq iranlı səhmdarlar Bakıya gəliblər. Azərbaycanlı səhmdarları toplantıda «Azərsığorta» şirkəti İdarə Heyətinin sədri Məmməd Məmmədov təmsil edəcək.

Ötən iclaslardan fərqli olaraq, bu toplantıda İran tərəfi «Azərsığorta»nın «Azər Asiya» sığorta şirkətindəki 51%-lik iştirak payının alınması təklifini irəli sürəcək.

Qeyd edək ki, sonuncu iclasda şirkətin ləğvinə dair komissiyanın yaradılmasına iranlı səhmdarlar razılaşmayıblar. Səsverməyə iranlı səhmdarlar qatılmadığı üçün Ləğvetmə Komissiyasının yaradılması məsələsində yetərsay olmayıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayının 11-də Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluq olub. İranlı səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırılmasını, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırılmasına razıdırlar.

Təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR