Bank Of Baku

Azərbaycanda manatın effektiv məzənnələri artıb

Azərbaycanda manatın effektiv məzənnələri artıb
# 10 iyun 2010 10:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatın nominal effektiv məzənnəsi 2010-cu ilin yanvar-aprel aylarında 2,6% artıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə 20,1% yüksəlib.

Qeyd edək ki, ölkənin qeyri-neft sektoru üzrə rəqabət qabiliyyətini qiymətləndirmək üçün nominal və real məzənnə indekslərinin (neft sektoru çıxılmaqla) hesablanmasında ticarət dövriyyəsi, idxal və ixrac göstəriciləri istifadə edilir.

Ticarət tərəfdaşları olan ölkələrin valyutalarına nəzərən ikitərəfli real məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla manatın real effektiv məzənnəsi isə (neft sektoru daxil olmaqla) yanvar-aprel ayında 22,5% bahalaşıb. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə həmin müddət ərzində 11% möhkəmlənib.

Xatırladaq ki, real effektiv məzənnə ölkənin əsas xarici ticarət tərəfdaşlarının valyutalarının real mübadilə məzənnələrinin orta ölçülmüş göstəricisidir və onun hesablanmasında müvafiq ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı nəzərə alınır.

Real effektiv məzənnənin artımı ölkənin yerli mallarının rəqabətlilik qabiliyyətinin düşdüyünü göstərir. Eyni zamanda, real effektiv məzənnənin hesablanmasında ölkədə və xarici ticarətdə tərəfdaş ölkələrdəki illik inflyasiya nəzərə alınır, yəni real effektiv məzənnənin artımına həm də yüksək inflyasiya təsir edir.

Qeyd edək ki, 2009-cu ilin yekunlarına görə, manatın real effektiv məzənnəsi 15,5% artıb ki, bu da əsasən inflyasiyanın idxalı nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR