Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 6,52%-ə çatıb

İTM: Azərbaycanda illik inflyasiya 6,52%-ə çatıb
# 10 iyun 2010 11:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi» layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin may ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, statistik müşahidələrin nəticəsi göstərir ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,06% düşüb. Bu zaman Bakıda qiymətlər 0,06%, regionlarda isə 0,05% azalıb. Bu ilin beş ayında ölkədə 2,41% inflyasiya baş verib. Ötən ilin mayına nisbətən ölkədə istehlak qiymətləri indeksi 6,52% artıb.

Bu ilin may ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma naringi (5%), qeyri-ərzaq məhsulları üzrə qum (4,42%), xidmətlərdən işdə, məktəbdə və s. yeməkxanalarda yeməklə təmin edilmə xidmətləri (2,49%), ən çox ucuzlaşma isə ərzaq məhsullarından baş soğan (9,35%), badımcan (9,34%), göyərti (3,56%), qeyri-ərzaq məhsullarından isə kişi üçün cins şalvarlarda (4,64%) müşahidə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR