Bank Of Baku

«Bank Respublika» xaricdən yeni kredit cəlb edib

«Bank Respublika» xaricdən yeni kredit cəlb edib
# 10 iyun 2010 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC Cənub-Şəqri Avropa üçün Avropa Fondu (EFSE) ilə kiçik biznesin maliyyələşdirilməsi üçün 5 mln. ABŞ dolları həcmində kreditin ayrılmasına dair saziş imzalayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, fond həmçinin Bankın institusional inkişafina da texniki dəstək göstərəcək.
Qeyd edək ki, saziş EFSE-nin bu ilin iyun ayının 8-10-da Ohrid şəhərində (Makedoniya) keçirilən illik toplantısı çərçivəsində imzalanıb. Kredit «Bank Respublika»ya Avropa qonşuluğu kiçik biznesin inkişaf imkanları Proqramı (European Neighbourhood Small Business Growth Facility) çərçivəsində ayrılıb və ölkəyə yeni tərəfdaşlıq perspektivlərini nəzərdə tutur.
EFSE fondunun fəaliyyəti iqtisadi artımın stimullaşdırılması və Cənub-Şərqi Avropanın, xüsusən Albaniya, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Makedoniya, Gürcüstan, Kosovo, Moldova, Monteneqro, Rumıniya, Serbiya və Ukraina kimi ölkələrin inkişafına yönəldilib. Fond kiçik biznesin, əsasən də mikro və kiçik müəssisələrin kreditləşməsinə, o cümlədən fərdi ev təsərrüfatlarının kreditləşdirilməsi üçün yerli maliyyə təşkilatlarına uzunmüddətli maliyyə alətləri təklif edir. EFSE-nin yaradılması təşəbbüsü Almaniyanın KfW bankına məxsusdur.
Fondun investorları kimi Avropa Komissiyası, Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf Federal Nazirliyi, Avstriya, İsveçrə, Danimarka və Albaniya hökumətləri, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB) və «Oesterreichische Entwicklungsbank» (OeEB) çıxış edir. «Oppenheim» və «Deutsche Bank» fondun bazasına daim köçürmələr edir.
Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdar kapitalında «25% + 1 səhm» paketi Almaniyanın 2 nəhəng maliyyə təşkilatı –DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR