Bank Of Baku

«Texkart» Prosesinq Mərkəzi ilin sonunadək plastik kartların emissiyasını kəskin artıracaq

«Texkart» Prosesinq Mərkəzi ilin sonunadək plastik kartların emissiyasını kəskin artıracaq
# 10 iyun 2010 14:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texkart» Prosesinq Mərkəzi 2010-cu ilin sonuna kimi plastik kartların emissiyasını 20 dəfə artıraraq 20 minə ədədə çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında «Texkart» Prosesinq Mərkəzinin baş direktoru Polad Talıbov bildirib.

P.Talıbovun sözlərinə görə, artıq bankın «MasterCard» beynəlxalq ödəniş sisteminə aid bütün kartları prosessinq mərkəzinə miqrasiya olunub. «Visa» sisteminin kartları qalıb ki, bu da iyun ayının 25-dək yekunlaşacaq. Bununla bağlı «Visa» sistemindən sertifikat da alınıb», - deyə Mərkəzin başçısı vurğulayıb.

P.Talıbov bildirib ki, «MasterCard» sisteminin 1000-ə yaxın plastik kartları emissiya olunub: «MasterCard» kartları avro hesablı olduğu üçün ilk olaraq «Texkart» Prosesinq Mərkəzində məhz bu kartlar emissiya edilib».

Qeyd edək ki, «Texkart» Prossesinq Mərkəzi 2007-ci ildə «Texnikabank» ASC tərəfindən yaradılıb. Şirkət ilk olaraq «Texnikabank» üçün kartlar emissiya edəcək, gələcəkdə isə digər banklara da xidmətlərin göstərilməsi nəzərdə tutulub. «Texkart»ın nizamnamə kapitalı 1 mln. manat təşkil edir. Şirkət 2010-cu il mart ayında rəsmən fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR