Bank Of Baku

«Bank of Baku» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

«Bank of Baku» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 10 iyun 2010 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC bu gündən etibarən «Caspian Money Transfer» təcili pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb. Bankın baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, hazırda «Caspian Money Transfer» sistemi local təcili pulköçürmə sistemləri üzrə ən çox tələbat duyulan sistemlərdəndir.

«Caspian Money Transfer» geniş lokal xidmət şəbəkəsinə malikdir və bu da öz növbəsində «Bank of Baku»nun müştərilərinə Azərbaycan daxili bir çox istiqamətlərdə pul mübadiləsini həyata keçirmələrinə imkan yaradır. Həmçinin, bu sistem Türkiyə istiqamətində aparılan pul köçürmələri əməliyyatları sırasında ən sərfəlisi və sadəsidir. Bütövlükdə, «Caspian Money Transfer» fiziki şəxslərə Azərbaycan daxilində, həmçinin, MDB, Baltika, yaxın və uzaq xaric ölkələrinin bankları arasında pul köçürmələrini aparmaq imkanı yaradır.

Qeyd edək ki, hazırda «Bank of Baku» həmçinin «Privat Money», «Western Union», «Contact», «Xpress Money», «Coinstar» və «Bıstraya poçta» pulköçürmə sistemlərinin xidmətlərindən istifadə edir.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə yerli fiziki şəxs çıxış edir. Bankın ölkə üzrə 15 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR