Bank Of Baku

“İnvestisiya fondları haqqında” qanun layihəsi müzakirə edilib

“İnvestisiya fondları haqqında” qanun layihəsi müzakirə edilib
# 10 iyun 2010 14:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda “İnvestisiya fondları haqqında” qanun layihəsi müzakirə edilib.

Komitə sədri Ziyad Səmədzadə xatırladıb ki, 1999-cu ildə parlamentdə investisiya fondlarının yaradılması, idarə edilməsi və fəaliyyətinin tənzimlənməsinin prinsip və qaydalarını özündə əks etdirən qanun qəbul olunub: “Lakin sənəddə bir sıra boşluqlar olduğuna və müasir dövrün tələblərinə cavab vermədiyinə görə bu sahədə yeni qanun layihəsinin hazırlanmasına ehtiyac duyulurdu” .

İclasda iştirak edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı qanun layihəsi barədə ətraflı məlumat verib. O, sənədin investisiya fondlarının təşkili, idarə edilməsi və ləğvi qaydalarını, bu sahədə dövlət tənzimlənməsinin və nəzarətinin əsaslarını müəyyən etdiyini bildirib: “Layihə 11 fəsil, 54 maddədən ibarətdir. Sənəddə investisiya fondlarının dövlət reyestri, səhmdar və paylı investisiya fondlarının təşkili, idarə edilməsi qaydaları, fondun formalaşdırılması, auditi, xarici nümayəndəliklərin fəaliyyətinə icazənin verilməsi və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb”.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR