Bank Of Baku

BP səhmləri kəskin ucuzlaşıb

BP səhmləri kəskin ucuzlaşıb
# 10 iyun 2010 23:16 (UTC +04:00)
Bakı-APA. BP səhmlərinin 16% qədər qiymətdə düşməsi ilə əlaqədar şirkət rəhbərliyi bəyanatla çıxış ediblər ki, bu kimi qlobal şirkətdə belə bir endirim üçün əsas yoxdur.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, əslində, hazırda dünya bazarlarında neft qiymətinin 70 dollara qədər olduğu bir vaxtda BP, elə özünün də bu gün qeyd etdiyi kimi, milyonlarla dollar məbləğində əlavə gəlir əldə edir.
Məhz bu səbəbdən şirkətin Direktorlar Şurası Britaniyanın təqaüd fondları üçün olduqca mühüm sayılan dividentləri hələ də ödəmək iqtidarında olduğunu zənn edir.
Bununla belə, şirkətin Meksika Körfəzində neft sızması nəticələrini aradan qaldırmaq üçün xərcləri getdikcə artmaqdadır.
Ağ Ev bildirib ki, BP-nin minlərlə neftçinin əmək haqqını ödəməsini istəyir. Həmin maaşlar neft sızması hadisəsindən sonra təxirə salınıb.
Amerikanın Ədliyyə departamenti də bildirib ki, BP, neft sızması ilə bağlı bütün xərcləri ödəməyincə, dividentləri də ödəyə bilməyəcək - bunun qarşısını almaq üçün departament müvafiq tədbirlər görəcək.
BP-nin Direktorlar Şurası üzvləri tam əmindirlər ki, prezident Obama ilə münasibətləri düzəltmək xətrinə şirkət, buna maliyyə əsası olmasa da, müvəqqəti olaraq öz dividentlərini dayandırmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR