Bank Of Baku

Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin ikinci fazasında iştirak edən pilot şirkətlərin sayı artacaq

Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin ikinci fazasında iştirak edən pilot şirkətlərin sayı artacaq
# 11 iyun 2010 12:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yay ayları ərzində Beynəlxalq Maliyyə Korporasiyası (IFC), İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin (AKİL) ikinci fazası üçün növbəti iki pilot şirkət seçəcək. «APA-Economics»in məlumatına görə, bunu AKİL-ın rəhbəri xanım Karolina Brayt bildirib.

Onun sözlərinə görə, IFC hazırda bir neçə şirkətlə layihəyə qoşulmaqla bağlı danışıqlar aparır ki, yay aylarında danışıqlar başa çatacaq: «Yay aylarında daha iki pilot şirkət seçiləcək ki, bununla da layihə çərçivəsində ikinci faza üçün seçilən şirktələrin sayı 5-ə çatacaq. İkinci faza çərçivəsində istənilən şirkət layihəyə qoşula biləcək. Belə ki, ikinci faza çərçivəsində ümumiyyətlə 6 şirkət seçiləcəyinə baxmayaraq, say məhdud deyil. Seçilən növbəti iki şirkət çox güman ki, qeyri-bank sektorunda fəaliyyət göstərən təşkilatlar olacaq».

Qeyd edək ki, ötən ilin iyun ayında layihənin ikinci fazasına başlanılıb və IFC tərəfindən artıq 3 pilot şirkət seçilib. Bunlar, «CredAgro» qeyri-bank kredit təşkilatı, «Turanbank» ASC və «A-Group» sığorta şirkətidir. Ümumiyyətlə, layihənin ikinci fazası çərçivəsində 6 pilot şirkət seçiləcək. AKİL-ın ikinci fazası üç il davam edəcək. Layihənin birinci fazasında isə 6 pilot şirkət seçilib və nəticədə, onlar 100 mln. ABŞ dollarından artıq vəsait cəlb edə bilib.

Xatırladaq ki, Azərbaycan 1995-cı ildə IFC-yə üzv olub. Bu günədək IFC ölkədəki 37 layihəyə 266 mln. dollar, bankçılıq, korporativ idarəetmə, lizinq, kiçik və orta müəssisələrin inkişafı, ipoteka kreditləşməsi, qiymətli kağızlar bazarının və digər sahələrin inkişafı üçün 104 mln. dollar məbləğində sindikatlaşdırılmış kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR