Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi may ayı üzrə istehlak səbətinin dəyərini hesablayıb

İqtisadi Tədqiqatlar Mərkəzi may ayı üzrə istehlak səbətinin dəyərini hesablayıb
# 11 iyun 2010 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi” layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin may ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş normativlər əsasında may ayı üzrə istehlak səbətinin dəyərini hesablayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, həmin hesablamalara əsasən, bu ilin may ayında Azərbaycanda yaşayış minimumu adambaşına 122,01 manat təşkil edib. O cümlədən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 119,65 manat, pensiyaçılar üçün 106,97 manat, 0-14 yaşlı uşaqlar üçün 137,96 manat təşkil edib.

Bu ilin may ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 59,76 manat, pensiyaçılar 53,04 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 64,74 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərclər işləyən əhali üçün 34,59 manat, pensiyaçılar üçün 31,55 manat, 0-14 yaşlı uşaqlar üçün 50,76 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,30 manat, 22,38 manat və 22,46 manat təşkil edib.

Xatırladaq ki, Milli Məclisin qərarı ilə Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR