Bank Of Baku

Azərbaycan Sənaye Bankı “Xalq Kompüteri” layihəsinə maliyyə dəstəyi verib

Azərbaycan Sənaye Bankı “Xalq Kompüteri” layihəsinə maliyyə dəstəyi verib
# 11 iyun 2010 14:53 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Azərbaycan Sənaye Bankı” ASC “Xalq Kompüteri” layihəsinin maliyyələşdirilməsi məqsədilə layihənin operatoru olan “BestComp Group” şirkəti ilə əməkdaşlığa başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, layihəyə göstərilən dəstək əsasında ilkin maliyyə dəstəyi “BestComp Group” şirkətinə təqdim olunub.

“Xalq Kompüteri” layihəsi Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” və “Microsoft” şirkətləri tərəfindən ötən ilin aprel ayından etibarən həyata keçirilir. Layihənin məqsədi ümumtəhsil və ali məktəblərin müəllimlərinə bazar qiymətindən 25-40% ucuz qiymətlərlə 12 aylıq faizsiz kredit vasitəsilə kompüter sahibi olmaq imkanı verməkdir.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» ASC 1996-cı ildə “CI Bank” kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bu ilin iyun ayının 1-nə bankın aktivlərinin həcmi 106.318 min. manat, depozit portfeli 73.002 min. manat, kredit portfeli 72.634 min. manat, məcmu kapitalı 24.887 min. manat, o cümlədən nizamnamə kapitalı 22.114 min. manat təşkil edir. Bankın respublika üzrə 9 filialı, 24 bankomatı və 261 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 14500, hüquqi şəxs müştərilərinin sayı 2600, cəmi müştərilərinin sayı isə 24000-dən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR