Bank Of Baku

“Atrabank”ın səhmdarlarının növbəti iclası iyunun 18-nə təyin edilib

“Atrabank”ın səhmdarlarının növbəti iclası iyunun 18-nə təyin edilib
# 12 iyun 2010 08:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA. “Atrabank” ASC-nin səhmdarlarının iyunun 14-də keçiriləcək iclası təxirə salınıb. Bankın Müşahidə Şurasından APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin iyunun 9-da qəbul etdiyi qərara əsasən iyunun 14-ü iş gününün yerinin dəyişdirilməsi ilə bağlı bankın səhmdarlarının ümumi yığıncağı iyunun 18-nə təyin olunub.

Xatırladaq ki, “Atrabank” ASC 1992-ci ildə yaradılıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 35,392 milyon manat, depozit portfeli 6,466 milyon manat, kredit portfeli 23,401 milyon manat, məcmu kapitalı 10,903 milyon manat, o cümlədən nizamnamə kapitalı 10,425 milyon manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 13 filialı, 24 mübadilə məntəqəsi, 13 bankomatı və 39 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR