Bank Of Baku

«TBC Kredit» ilin əvvəlindən kredit portfelini 10% artırıb

«TBC Kredit» ilin əvvəlindən kredit portfelini 10% artırıb
# 12 iyun 2010 08:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» qeyri-bank kredit təşkilatının kredit portfeli cari ilin iyun ayının 1-nə 18 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 10% çoxdur.

«TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, portfelin strukturunda 47% kiçik və orta biznes kreditlərinin, 30% ipoteka kreditlərinin, 14% istehlak kreditlərinin və 9% isə mikrobiznes kreditlərinin payına düşüb.

Xatırladaq ki, «TBC Credit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı adı ilə yaradılıb. «SOA Credit» qeyri-bank kredit təşkilatının brendi 2007-ci ilin may ayında dəyişərək «TBC Kredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı bankı olan «TBC Bank»ın təşkilatın yeni təsisçisi olması ilə əlaqədardır. 2008-ci ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75 faizlik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR