Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» tibb işçiləri üçün kredit kartlarının kampaniyasına başlayıb

«Azərbaycan Sənaye Bankı» tibb işçiləri üçün kredit kartlarının kampaniyasına başlayıb
# 12 iyun 2010 09:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) ASC bu ilin II rübündən başlayaraq «Həkimlərə və tibb işçilərinə xüsusi bank xidmətləri» daxilində ölkənin bir neçə tibb müəssisələrinin işçilərinə sərfəli şərtlərlə kreditlər və kredit kartlarının kampaniyasına başlayıb.
ASB-dən «APA-Economics»ə verilən məlumata görə, kampaniya müəyyən tibb müəssisələrinə qarşılıqlı bağlanmış protokolun imzalanması nəticəsində şamil olunur.

Bu günə kimi, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sumqayıt şəhər Təcili Tibbi yardım Xəstəxanası, Gəncə şəhər Səhiyyə İdarəsi Diaqnostika Mərkəzi, Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlar arası Kordioloji Dispanser və Gəncə şəhər Səhiyyə İdarəsi 1 Saylı Birləşmiş Uşaq Xəstəxanası tibb müəssisələri ilə bir il müddətinə qarşılıqlı protokollar imzalanıb. İl ərzində ölkədəki digər tibb müəssisələri ilə kampaniyanın aparılması planlaşdırılır.

Əməkdaşlıq protokolu imzalanan tibb müəssisəsinin bütün əməkdaşları 18 ay müddətinə 1 zaminlə, illik 24% olmaqla «Peşəyə Dəstək» kredit kampaniyasından yararlana bilərlər. Kredit kampaniyası daxilində bazarın ən rəqabət qabiliyyətli faiz dərəcələri ilə 1500 manata kimi anniutetli ödəniş ilə kredit və kredit kartı əldə edə bilərlər. Kampaniya iştirakçılarına bütün istehlak kreditləri bank tərəfindən təqdim olunan debit kart vasitəsi ilə verilir. Habelə kredit alan həkim heyətinə 200 (iki yüz) manat məbləğində kredit kartı əlavə olaraq təklif olunur.

Xatırladaq ki, ASB 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin iyun ayının 1-nə bankın aktivlərinin həcmi 106,318 mln. manat, depozit portfeli 73,002 mln. manat, kredit portfeli 72,634 mln. manat, məcmu kapitalı 24,887 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,114 min. manat təşkil edir.
Bankın respublika üzrə 9 filialı, 24 bankomatı və 261 POS-terminalı mövcuddur. Bankın 254 mindən çox müştərisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR