Bank Of Baku

Avropanın dörd problemli ölkəsinin məcmu borcu 1,6 trln. dollara çatıb

Avropanın dörd problemli ölkəsinin məcmu borcu 1,6 trln. dollara çatıb
# 14 iyun 2010 09:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yunanıstan, İrlandiya, Portuqaliya və İspaniya hökumətlərinin Avropa banklarına məcmu borcu 254 mlrd. dollara çatıb. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Hesablaşmalar Bankının apardığı araşdırma nəticəsində məlum olub.

Ümumilikdə isə, yəni fiziki şəxslərə və şirkətlərə verilən kreditlər nəzərə alınmaqla, bu ölkələrin banklara olan borcu 1,6 trln. dollara bərabərdir. Bunun 737 mlrd. dolları İspaniya, 402 mlrd. dolları İrlandiya, 244 mlrd. dolları Portuqaliya, 206 mlrd. doları isə Yunanıstanın payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR