Bank Of Baku

Amerika iqtisadi böhranın ikincisi dalğasına hazırlaşır

Amerika iqtisadi böhranın ikincisi dalğasına hazırlaşır
# 14 iyun 2010 11:22 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, Federal Ehtiyat Sisteminin hesabatlarına əsasən, maliyyə sektoruna aid olmayan ABŞ şirkətlərinin bank hesabları və likvid aktivlərinin həcmi 2010-cu ilin mart ayının sonuna 1,84 trln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% çoxdur və son 58 il ərzində ən maksimal göstəricidir.

Bunun nəticəsində aydın olur ki, şirkətlər vəsaitlərini likvid aktivlərdə saxlanmasına üstünlük verir ki, bu da iqtisadiyyatın sağlamlaşmasına inamın olmamasının ciddi sübutudur. Qeyd edək ki, istiqraz və digər borc qiymətli kağızları buraxmaqla şirkətlər eyni zamanda əlavə vəsaitlər də yığaraq likvid ehtiyatlarını hətta artırmağa çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR