Bank Of Baku

«AccessBank» regionda daha bir filialını açıb

«AccessBank» regionda daha bir filialını açıb
# 15 iyun 2010 07:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC-nin Göyçayda yeni filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, bununla da bankın ölkə üzrə fəaliyyət göstərən filiallarının sayı 25-ə çatıb. Filialda həm fiziki, həm də hüquqi şəxs olan müştərilər üçün tam çeşidli xidmətləri göstərilir. Bu xidmətlərə beynəlxalq pulköçürmə sistemləri, hesabların və depozitlərin açılması, VİSA plastik kartları, kiçik biznes və istehlak kreditlərinin verilməsi daxildir.

Bankın İdarə Heyətinin sədri Andrü Pospilovskinin sözlərinə görə, bank indiyədək Göyçayda 500-dən artıq sahibkarlıq və kənd təsərrüfatı faəliyyətini özünün «Mingəçevir» filialı vasitəsi ilə maliyyələşdirirdi. Yeni filialın açılışı, həm mövcud müştərilərə yeni filialda maliyyə xidmətlərindən rahatlıqla istifadə etmək, həm də bankın Göyçayda daha geniş müştəri kütləsinə xidmət göstərmək imkanı yaradacaq.

Qeyd edək ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR