Bank Of Baku

Oktyabrda Bakıda «V Azərbaycan mikro-maliyyə konfransı» keçiriləcək

Oktyabrda Bakıda «V Azərbaycan mikro-maliyyə konfransı» keçiriləcək
# 15 iyun 2010 08:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin oktyabr ayının 5-6-da Bakıda Azərbaycan Mirkomaliyyə Assosiasiyası (AMA) tərəfindən «V Azərbaycan mikro-maliyyə konfransı» keçiriləcək. Bu barədə «APA-Economics»ə AMA-nın icraçı direktoru Jalə Hacıyeva məlumat verib.

J.Hacıyevanın sözlərinə görə, “Azərbaycanda mikro-maliyyənin məsuliyyəti” mövzusunda keçiriləcək konfransda 20-yə yaxın xarici investor təşkilatlarının, o cümlədən mikro-maliyyə təşkilatlarında proqram təminatı üzrə texniki xidmət göstərən şirkətlər, həmçinin kredit skorinq üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri iştirak edəcək.

J.Hacıyeva həmçinin qeyd edib ki, bu konfrans hər iki ildən bir keçirilir və əvvəlki illərə nisbətən bu il keçirilən konfransın iştirakçıları daha çox olacaq.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR