Bank Of Baku

Azərbaycanda bu ilin birinci yarısında dövlət büdcəsinin mənfəəti 4,9 mlrd. manat olub

Azərbaycanda bu ilin birinci yarısında dövlət büdcəsinin mənfəəti 4,9 mlrd. manat olub
# 14 iyul 2010 08:00 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda bu ilin ilk altı ayında dövlət büdcəsinin mədaxili 4,922 mlrd. manat və ya 102,6% yerinə yetirilib.

APA-Economics”in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd edib.

S.Şərifovun sözlərinə görə, dövlət büdcəsinin mənfəəti ötən müvafiq dövrü ilə müqayisədə 60,8 mln. manat və ya 1,3% artıb. Vergilər Nazirliyi mədaxil proqnozunu 106,1% icra etməklə dövlət büdcəsinə 2 mlrd. 4 mln. manat vəsaitin daxil olmasını təmin edib. Bu məbləğin 56,8% və ya 1 mlrd. 139 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

Nazir bildirib ki, Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 100,1% əməl edərək, büdcəyə 451,0 mln. manat vəsaitin daxil olmasını təmin edib. Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş məbləğdə, yəni 2 mlrd. 455 mln. manat məbləğində vəsait daxil olub. Sair daxilolmalar üzrə dövlət büdcəsinə 13,3 mln. manat vəsait köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR