Bank Of Baku

Azərbaycanda bu ilin I yarısında 76,88 mln. manat sığorta haqqı toplanıb

Azərbaycanda bu ilin I yarısında 76,88 mln. manat sığorta haqqı toplanıb
# 14 iyul 2010 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 76,880 mln. manata çatıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 22,490 mln. manat təşkil edib. Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 221,330 min manat, qeyri-həyat sığortası üzrə 55,039 mln. manat, icbari sığorta növləri üzrə isə 14,664 mln. manat olub.

Ödənişlərə gəldikdə, həyat sığortası üzrə 164,658 min manat, qeyri-həyat sığortası üzrə 15,825 mln. manat, icbari sığorta növləri üzrə isə 3,963 mln. manat həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (13,454 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (12,467 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (8,155 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (7,371 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (6,854 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 17,5%, 16,2%, 10,6%, 9,6% və 8,9% təşkil edib.

Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (7,010 mln. manat və ya 31,16%), «Avtonəqliyyat vasitələrinin sığortası» (5,873 mln. manat və ya 26,11%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (3,323 mln. manat və ya 14,78%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 27 sığorta təşkilatı («Günay Sığorta» şirkətinin lisenziyasının qüvvəsi dayandırılıb) fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR