Bank Of Baku

«MCB Leasing» şirkəti 2012-ci ilədək Azərbaycana 21 mln. dollara yaxın investisiya yatıracaq

«MCB Leasing» şirkəti 2012-ci ilədək Azərbaycana 21 mln. dollara yaxın investisiya yatıracaq
# 15 iyul 2010 07:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Pakistanın Azərbaycanda fəaliyyət göstərən «MCB Leasing» şirkəti 2012-ci ilədək Azərbaycana 21 mln. dollara yaxın investisiya yatıracaq.

Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Ramal Cəfərov bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində investisiyaların çox bir hissəsi qeyri-neft sektoruna yatırılacaq. Xidmətlər sırasında şirkət üçün avtolizinq proqramları bir o qədər də maraqlı deyil. Maliyyələşdirmədə əsas prioritet istiqamətlər kimi biznes sahəsi nəzərdə tutulub.

Xatırladaq ki, «MCB Leasing» şirkəti 2009-cu ilin oktyabr ayında qeydiyyatdan keçib. Şirkətin səhmdar kapitalında 95% «MBC Bank»a, 5% isə fiziki şəxs qismində çıxış edən Namiq Səfərova məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR