Bank Of Baku

«Paşa Bank»ın aktivləri son bir ildə 38% artıb

«Paşa Bank»ın aktivləri son bir ildə 38% artıb
# 15 iyul 2010 09:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 340,720 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstəricidən 38% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 46,40% genişlənərək 166,084 mln. manata, kredit portfeli 2,3 dəfə artaraq 181,716 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 3,3 dəfə artaraq 2,051 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı təxminən 14% artaraq 132,173 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,4% artaraq 115,4 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir ildə bankın gəlirləri 55,5% artaraq 19,264 mln. manat, xərcləri isə 2 dəfə artaraq 12,833 mln. manat olub. Nəticədə bankın mənfəəti son bir il ərzində 7% artaraq 6,431 mln. manat təşkil edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın işçilərinin sayı 11% artaraq 100 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR