Bank Of Baku

«Rabitəbank» bu ayın sonunda adi səhmlərinin yerləşdirilməsinə başlayacaq

«Rabitəbank» bu ayın sonunda adi səhmlərinin yerləşdirilməsinə başlayacaq
# 16 iyul 2010 09:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC dövlət qeydiyyatı AZ100200355P olan adi səhmlərinin emissiya prospektini 2011-ci ilin iyul ayının 6-dək başa çatdıracaq.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, buraxılışa daxil olan səhmlərin sayı 165 988 ədəd, səhmlərin nominal dəyəri 20,29 manat, emissiyanın ümumi həcmi isə 3,368 mln. manat təşkil edir. Bankdan bildirilib ki, səhmlərin yerləşdirilməsinə bu ilin iyul ayının 30-dan başlanılacaq.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivləri 108 mln. manat, məcmu kapitalı 16 mln. manat, depozit portfeli 49 mln. manat təşkil edib. Bankın Bakıda 6 filialı, regionlarda 15 filial və şöbəsi olmaqla ümumilikdə 21 filial və şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR