Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə xarici mənbələrdən ölkənin əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 34,4% artıb.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ilin birinci yarısında əsas kapitala yönəldilmiş xarici vəsaitin 735,3 mln. manatı (91,5%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Koreya investorlarına məxsus olub.
Azərbaycanın əsas kapitalınа vəsait yönəldən investorların onluğu
№ | Ölkə | 2010-cu ilin birinci yarısında, min manat | Ümumi həcmdə xüsusi |
1 | Böyük Britaniya | 371 291,1 | 46,2 |
2 | ABŞ | 165 888,7 | 20,6 |
3 | Yaponiya | 86 895,9 | 10,8 |
4 | Norveç | 53 801,6 | 6,7 |
5 | Türkiyə | 42 615,8 | 5,3 |
6 | Koreya Respublikası | 14 773,8 | 1,9 |
7 | Çexiya | 4 245,5 | 0,6 |
8 | Səudiyyə Ərəbistanı | 2 634,0 | 0,3 |
9 | Rusiya | 1 937,2 | 0,2 |
10 | Fransa | 1 034,1 | 0,1 |
YENİLƏNİB'>