Bank Of Baku

«Nikoil Bank»ın əsas maliyyə göstəriciləri kəskin azalıb

«Nikoil Bank»ın əsas maliyyə göstəriciləri kəskin azalıb
# 21 iyul 2010 12:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Nikoil Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 182,059 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəricidən 35% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 0,7% azalaraq 56,707 mln. manat, o cümlədən əhalinin əmanətləri isə 47,621 mln. manat, kredit portfeli 6,8% azalaraq 142,695 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 16,8% azalaraq 64,578 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 12,4% azalaraq 27,517 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 22,500 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 36% azalaraq 14,419 mln. manat, xərcləri isə 18,4% azalaraq 16,466 mln. manat olub. Nəticədə bank bu ilin yanvar-iyun aylarını 2,046 mln. manat zərərlə başa vurub.

Xatırladaq ki, təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» İKB 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 13 filialı, 24 bankomatı və 60 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR