Bank Of Baku

Avropanın ilk reytinq agentliyi yaradılır

Avropanın ilk reytinq agentliyi yaradılır
# 29 iyul 2010 13:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropada böyük tənqidlərə məruz qalan, hətta dünya iqtisadi və maliyyə böhranının genişlənməsində ittiham olunan ABŞ-ın «Moody’s», «Standard&Poors» və «Fitch» reytinq agentliklərinə rəqib təşkilat yaradılır. «APA-Economics»in məlumatına görə, Fransanın «Coface» sığorta şirkəti artıq 2010-cu ilin sonuna kimi ilk Avropa reytinq agentliyi kimi fəaliyyətə başlayacaq.

RBC-nın məlumatına görə, artıq şirkət Avropanın nəzarət orqanlarına müvafiq ərizə ilə müraciət edib.

Qeyd edək ki, yeni reytinq agentliyinin işində prinsipial fərq nəzərdə tutulub. Belə ki, əgər «Moody’s», «Standard&Poors» və «Fitch» agentlikləri qiymətləndirilən şirkət və emitentlərdən dəniş alırsa, «Coface» agentliyi ödəməni reytinqlərin istehlakçılarından almaq niyyətindədir və şirkət və emitentlər üçün reytinqlərin alınması pulsuz olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR