Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində mal ehtiyatları indeksi azalıb

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində mal ehtiyatları indeksi azalıb
# 29 iyul 2010 14:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət müəssisələrindəki mal ehtiyatları indeksi 2010-cu ilin iyun ayı üzrə 98,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, may ayı üzrə də bu göstərici 100,8%-ə bərabər olub. Müqayisə üçün qeyd edək ki, apreldə də pərakəndə ticarət müəssisələrindəki mal ehtiyatları indeksi 100,8%, martda isə 105% təşkil edib.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. Mal ehtiyatları indeksinin azalması ilk növbədə pərakəndə ticarət şəbəkəsində satış həcminin artmasını əks etdirir. Bu səbəbdən də indeksin azalması makroiqtisadi baxımdan müsbət, artması isə mənfi göstəricidir.

Xatırladaq ki, mal ehtiyatları indeksi fevralda 102,3%, yanvarda isə 88,3% təşkil edib.

Pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi yanvarın 1-nə 125,6 mln. manat, fevralın 1-nə 110,9 mln. manat, martın 1-nə 113,4 mln. manat, aprelin 1-nə 119,1 mln. manat, mayın 1-nə 120,1 mln. manat, iyunun 1-nə 121 mln. manat, iyulun 1-nə isə 119,5 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR