Türkiyə və Azərbaycan hökumətləri Yüksək Səviyyəli Strateji Şura yaratmaq niyyətindədir
Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev, baş nazir Artur Rasizadə və bir sıra hökumət strukturlarının rəhbərləri ilə görüşlər keçirdiyini deyən nazir danışıqlarda Azərbaycan və Türkiyə arasında bir sıra vacib məsələlərin, o cümlədən iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə olunduğunu qeyd edib.
«Səfər çərçivəsində mən iqtisadi inkişaf, maliyyə, nəqliyyat nazirləri, baş nazirin müavini, həmçinin Dövlət Gömrük Komitəsinin sədri ilə görüşdüm. Görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub və bəzi məsələlərlə bağlı razılıq əldə edilib», - deyə Z.Çağlayan vurğulayıb.
Nazir bildirib ki, o, Azərbaycana 80-dən artıq şirkət, 10-a yaxın təşkilatdan, həmçinin müxtəlif media qurumlarının əməkdaşlarından, ümumilikdə 130 nəfərlik heyətlə gəlib. Bu gün keçirilən Azərbaycan-Türkiyə biznes-forumuna Azərbaycan tərəfdən 150-yə yaxın iş adamı qatılıb. Tədbir çərçivəsində 500-dən artıq ikitərəfli işgüzar görüşlər keçirilib, 10 şirkət arasında ümumi dəyəri 10 mln. ABŞ dolları təşkil edən anlaşma əldə edilib.
Z.Çağlayan ölkəsinin Azərbaycanın iqtisadi cəhətdən güclənməsinə daim dəstək verdiyini də xatırladıb. «Dağlıq Qarabağla məsələsinə Türkiyə və Azərbaycan vətəndaşlarının baxışları arasında heç bir fərq yoxdur», - deyən nazir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyini bir daha təkrarlayıb.
Z.Çağlayan ölkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələri genişləndirməyə də maraqlı olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda Naxçıvana həftədə 3 dəfə uçuşlar həyata keçirən «Türk Hava Yolları» şirkətinin reyslərin sayını 4-ə çatdırması gözlənilir.
«Ölkələr arasında bu gün ticarət dövriyyəsi 2,2 mlrd. dollardır. Özlüyündə bu rəqəm yaxşıdır. Amma imkanlarımız, potensialımız önündə, yetərli deyil», - deyə dövlət naziri əlavə edib.
Z.Çağlayan «Türkiyə İş Bankası»nın Azərbaycanda nümayəndəlik açmaq istədiyini, bu məqsədlə Azərbaycan Mərkəzi Bankına müraciət etdiyini, həmçinin Türkiyə şirkətlərinin Azərbaycanla turizm, o cümlədən qış turizminin inkişaf etdirilməsinə dair layihələrdə iştirak edə biləcəyini vurğulayıb.
Türkiyəli nazir əlavə edib ki, Bakıda keçirdiyi görüşlərdə hökumətlər arasında Yüksək Səviyyəli Strateji Şuranın yaradılması istiqamətində müzakirələr də aparıb. Azərbaycan tərəfi ilə görüşlərin nəticəsi olaraq, şirkətlər arasındakı mübahisələrin araşdırılması üçün bir vaxtlar hökumətlərin müvafiq strukturlarının nümayəndələrinin təmsil olunduğu komitənin fəaliyyətinin bərpa edilməsi barədə razılıq əldə olunub.
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
Meksikada şəhər meri güllələnərək öldürülüb
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Ukrayna XİN bioloji silah hazırlanması iddialarını təkzib edib
Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib
Tramp Parisdə Makronla görüşəcək
Tovuzda yol qəzası ölümlə nəticələnib - FOTO
Almaniyada II Dünya müharibəsindən qalmış "StuG III" özüyeriyən artilleriya qurğusu tapılıb
Azərbaycan millisi Çövkən üzrə dünya çempionu olub - FOTO
Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Moskvada güclü leysan yağışları fəsadlar törədib - VİDEO
AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb
KİV: ABŞ-İran sazişi Netanyahu üçün strateji zərbə ola bilər
Tramp: İranla saziş sabah imzalanacaq, Hörmüz boğazı dərhal açılacaq
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO
Kürdəmirdə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
İsrail ordusu Livanın cənubunda tuneldə əməliyyat keçirib, 7 "Hizbullah" döyüşçüsü öldürülüb
DÇ-2026: Braziliya Mərakeşlə qarşılaşacaq
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
Emin Əmrullayev Kəlbəcərin yeganə məzununun "Son zəng"ində iştirak edib
Tramp Şahbaz Şərifin ABŞ-İran razılaşmasının yaxın olduğuna dair fikirlərini bölüşür - FOTO
Ermənistanda parlament seçkilərinin yekun nəticələri sabah açıqlanacaq
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
Rəsmi Tehran: ABŞ-la razılaşma yekun saziş deyil, nüvə məsələsi müzakirə olunmur
İrandan PUA ilə 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb
İran XİN sözçüsü: ABŞ-la memorandum sabah imzalanmayacaq, gözləmək lazımdır
Ukrayna ordusu Rusiyanın mühüm neft infrastrukturu obyektlərini vurub
İsrail ordusu son bir gündə “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib
"Baharın 17 anı" filminin tanınmış latviyalı aktyoru vəfat edib
Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər
Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO
Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib
Baş nazir Ünal Üstel: Azərbaycan, Türkiyə və Şimali Kiprin həmrəyliyi Türk dünyasının birliyinin mühüm nümunəsidir
Nazir: Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir
Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
Hindistan ordusunun təyyarəsi qəzaya uğrayıb, 5 hərbçi ölüb - VİDEO - YENİLƏNİB
Əmək Müfəttişliyi azad edilmiş ərazilərdə maarifləndirmə tədbirləri keçirib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb
Bakıda "Son zəng" - FOTOLENT